Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbədənkənar Konqresi baş tutub. Futbolinfo.az xəbər verir ki, növbədənkənar Konqresdə ali futbol qurumunun prezidenti vəzifəsinə seçki keçirilib.
Prezidentlik vəzifəsi uğrunda 6 namizəd mübarizə aparıb. Bunlar UEFA-nın baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının  prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, FİFA-nın sabiq baş katibinin köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvale idi. Səsvermə hüququ FİFA-ya üzv 209 milli assosiasiyadan 207-nə verilib. Küveyt və İordaniya isə bu hüquqdan məhrum edilib.
 
Qeyd edək ki, həmin konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
 
***
 
Səsvermə nəticəsində Canni İnfantino FİFA-nın yeni prezidenti olub. O, mümkün olan 207 səsdən 115-ini qazanaraq, ikinci turdakı ən yaxın rəqibi Şeyx Salmanı (88 səs) qabaqlayıb. İlk turun ikincisi Şahzadə Əli ibn əl-Hüseyn isə həlledici mərhələdə cəmi 4 səs toplaya bilib. Yeni prezident 4 il müddətinə seçilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp