Ötən il milliləşdirilərək, Azərbaycan yığma komandasına cəlb olunan Eddi İsrafilov İspaniya mətbuatına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, hazırda sözügedən ölkənin 1-ci divizionundakı (Sequnda) "Kordoba"da çıxış edən anqola əsilli yarımmüdafiəçi karyerası ilə bağlı danışıb:
– Yeni klubunuzda özünüzü necə hiss edirsiz?
– Burda xoşbəxtəm və özümü rahat hiss edirəm. Tam adaptasiya olmuşam. 
– Bu komanda haqqında nə düşünürsünüz?
– “Kordoba”da uğur qazanmaq istəyirəm. Burada yaxşı futbolçular var. Hər zaman yaxşı atmosfer olur və meydanda yaxşı oynamağımıza təsir edir. 
– Komandanın La-Liqaya çıxmaq şansı var?
– Əlbəttə. Biz bu komanda ilə yüksək hədəflərə çata bilərik. Bizim məqsədimiz pley-off-da yaxşı oynamaqdır. Çempionatda da özümüzü göstərməliyik. 
– Burda nə qazanacaqsız?
– Ən əsası təcrübə. 
– Baş məşqçi Xose Luis Oltra haqqında nə fikirləşirsiz?
– O, çox yaxşı məşqçidir və həmişə Oltra kimin meydanda nə etməli olduğunu yaxşı bilir. Bizi oyunlara yaxşı motivasiya edir. 
– Meydanda ən çox nə istəyirsiz?
– Luso ilə oynayanda daha çox hücuma gedən zaman vaxtında geri qayıtmağımı xahiş edir. Viktorla isə fərqlidir. Onunla oynayanda meydanın mərkəzini bacardığım qədər tərk etməməyi tapşırır.
– Karyeranızda yeni səhifə açılıb. Bu mərhələdə nə baş verəcək?
– Əsas məqsədim maksimum gücümü göstərməkdir. “Kordoba” ilə uğur qazanmaq əla olar. 
– La Liqadan Sequndaya gəldiniz. Bunu nə ilə əlaqləndirmək olar?
– Daha çox meydana çıxmaq istəyi ilə. Klubun mənə etimadı, Oltranın güvəni məni həvəsləndirir.
– Mövsümün ilk yarısını necə qiymətləndirirsiz?
– Ümimi götürsək, pis dəyərləndirmirəm. Çox şey öyrəndim və “Eybar”dad a əlimdən gələni etdim. Fikrimcə, uğur mənim tərəfimdə idi. Sadəcə, zədəm oldu və bu müəyyən problemlər yaratdı. Kaparros, Sandoval və Mendilibar kimi məşqçilərdən öyrəndim. Orda qazandığım təcrübə mənə çox kömək edəcək. 
– “Kordoba”nın əsas futbolçularından ola biləcəksiz?
– Mən çalışmalıyam. Bunun üçün əlimdən gələni etməliyəm. Futbol sahəsində biliklərimi artırmalıyam.
– Başqa təklifləriniz var idi və seçimi niyə “Kordoba” üzərində etdiz?
– Var idi. Hamısı maraqlı təkliflər idi. Amma “Kordoba”dan gələn təklif mənə uyğun idi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp