Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbədənkənar Konqresi keçirilir. Futbolinfo.az xəbər verir ki, növbədənkənar Konqresdə ali futbol qurumunun prezidenti vəzifəsinə seçki keçiriləcək.
Hazırda Sürixdə keçirilən səsvermə zamanı AFFA-nın baş katibi Elxan Məmmədov da seçki bülletenindən istifadə verib.
Prezidentlik vəzifəsi uğrunda 6 namizəd mübarizə aparacaq. Bunlar UEFA-nın baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının  prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, FİFA-nın sabiq baş katibinin köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvaledir.
Qeyd edək ki, həmin konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp