Bakı “İnter”inin sabiq futbolçusu Abdulla Abatsiyev özünə yeni komanda tapıb. Futbolinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi karyerasını Rusiya çempionatında davam etdirəcək.
O, yerli “Torpedo” (Armavir) klubu ilə anlaşıb. Həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı olan Abatsiyev bir müddət millimizin də formasını geyib.
 
Qeyd edək ki, Rusiya çempionatının 1-ci divizionunda çıxış edən Armavir təmsilçisi 24 turdan sonra 16 xal toplayaraq, turnir cədvəlinin 20-ci, yəni son pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp