Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.      
 
Adıçəkilən komanda səfərdə "Union"la (Berlin) üz-üzə gəlib. Görüş qonaqların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən Nazarov isə 46-cı dəqiqədə meydana çıxıb. O, 79-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
 
Qeyd edək ki, "Karlsrue" 30 xalla 10-cu yerdə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp