Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən "Zirə" – "Neftçi" görüşünün baş hakimi Fariz Yusifov oyuna nəzarəti itirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli hakim ilk yarının son dəqiqələrində Cavid İmamverdiyevə ikinci sarı vərəqə göstərərək, meydandan kənarlaşdırmaqla, qarşılaşmada ilk kobud səhvini etdi.
Rəqibi keçərkən, yerə yıxılan yarımmüdafiəçiyə "simulyasiya diaqnozu" qoyan referi ən yaxşı halda passivində sarı vərəqə olan futbolçuya şifai xəbərdarlıq edə bilərdi.
Fasilədən sonra isə "ağ-qaralar"ın digər "saralmış" üzvü Ruslan Qurbanov Tellur Mütəllimova qarşı aşkar kobudluq etsə də, ədalət təmsilçisi əlini cibinə atmadı. Bunun da səbəbi ilk yarıda buraxdığı səhv idi. Yusifov Cavidə 2-ci sarı vərəqəni göstərərkən, "10 nömrə"nin rəsmi xəbərdarlığı olduğunu unutmuşdu. Elə bu səbəbdən də "Neftçi"nin daha bir futbolçusunu mydandan qovmaq fikrindən vaz keçdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp