Bu gün Topaz Premyer Liqasında XXIII turun qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Kəpəz" doğma meydanda "Sumqayıt"la 0:0 bərabərə qalıb.
Gəncə şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Samir Abasov heç-heçəni belə şərh edib:
"Oyun haqqında deyiləsi çox şey yoxdu. Hesaba görə, nəticəyə görə, doğrudan da çox sevinirik. Hesabı qoyaq bir yana, şükürlər olsun ki, futbolçularımız zədələnmədi. Bu cür çətin oyunda, bu cür meydançada… Açığı meydança haqqında çox danışmaq istəmirəm. Çünki məndən öncə buraya gələn göyük məşqçilər bu barədə çox danışıblar. Çox danışılası bir şey də yoxdu. "Kəpəz" yaxşı komandadı. Nəticəyə görə çox razıyıq. Çünki ikinci oyundu ki, uduzmuruq. Bildiyiniz kimi, uğursuz seriyamız vardı. Bis başlamışdıq. AZAL-ı ötən tur udduq. Hesab edirəm ki, Gəncə səfərindəki heç-heçə bizim üçün qalibiyyətə bərabər oyundu. Futbolçularımızı, "Sumqayıt" fanatlarını təbrik edirəm. Deyiləsi çox şey yoxdu. İnanıram ki, bu meydança Gəncə komandasının da ürəyincə deyil. Onların məşqçilər korpusundakılar mənim dostlarımıd. Düzdü, meydançanın durumunu bəhanə edənlər də var. Amma biz belə etməyəcəyik. "Kəpəz"də belə meydançada oynamaq istəməz. Bu, müvəqqəti çətinlikdi. Ümid edirəm ki, bu vəziyyəti yaxşılaşdıracaqlar. Biz Gəncədən xalla ayrılmaq istəyirdik, onu da etdik. Çətin oyun olsa da, bacardıq".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp