Bu gün Topaz Premyer Liqasında XXIII turun qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Kəpəz" doğma meydanda "Sumqayıt"la 0:0 bərabərə qalıb.
Gəncə şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Şahin Diniyev heç-heçəni belə şərh edib:
“Oyun doğrudan da maraqlı keçdi, komandalar təzyiq altında oynadılar. Uşaqların göstərdiyi futboldan tam razıyam. Sadəcə, qol çatmadı. Heyətdə problemlər var idi, zədə səbəbindən Junior Osvaldonun oynamaması müəyyən problemlər yaratdı. Komanda meydanda bacardığından da çoxunu etdi. Rəqibi də oyuna görə təbrik edirəm. “Sumqayıt” mənim ən çox sevdiyim komandalardan biridir. Sürətli futbol oynayırlar, tez hücuma atılırlar. Düşünürəm ki, bu gün biz belə həmlələrin qarşısını ala bildik. Rəqib elə-belə komanda deyil. Liderlərə problem yaradan və yaxşı oyun göstərən kollektivdir. Baş məşqçi Samir Abasovun işi görünür”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp