Bu gün Topaz Premyer Liqasında XXIII turun qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Zirə" doğma meydanda "Neftçi"ni 3:0 hesabı ilə məğlub edib.
Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Adil Şükürov qələbəni belə şərh edib:
– Komandamızı və azarkeşlərimizi təbrik edirəm. Bilirdik ki, çətin oyun olacaq. Hətta azlıqda qaldıqdan sonra da təzyiq göstərirdilər. "Neftçi" həmişə "Neftçi"di. Gözəl oyun oldu.
– Bu nəticəni gözləyirdiniz?
– Xeyr.
– Gözəl oyun olduğunu qeyd etdiniz. Komandanız oyunda çərçivəyə 3 zərbə endirdi və 3:0 qalib gəldi. Çərçivəyə cəmi 3 zərbə vurulan oyuna necə "gözəl" deyə bilərsiniz?
– "Neftçi"ni yaxşı təhlil etmişdik. Oyunu əks-hücumlardan qurmuşduq və istədiyimiz nəticəni əldə etdik.
– Bir saatdan sonra "İnter" – "Qarabağ" matçı başlayacaq. Medallar uğrunda əsas rəqiblərinizin qarşılaşmasında kimin qalib gəlməsini istəyərdiniz?
– Heç bir komandaya məğlubiyyət arzulamıram.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp