Bu gün Topaz Premyer Liqasında XXIII turun qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, AZAL doğma meydanda "Rəvan"ı 1:0 hesabı ilə məğlub edib.
"AZAL Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Bəhmən Həsənov məğlubiyyəti belə şərh edib:
"Sözüm yoxdur. AZAL qələbəyə layiq idi. Müdafiədən hücuma keçməkdə ciddi problemlərmiz var. Orta sahədə və cinah ötürmələrimiz alınmadı. Mərkəzdə rəqibə uduzduq. Hücumçumuz da yoxdu. Bəzi oyunçularımızın yoxluğu da məğlubiyyətdə rol oynadı. Mövqe səhvlərinə də çox yol veririk. Oyundan oyuna geriləmə var. Bu matç gələcək üçün siqnal oldu. Futbolçularla ciddi söhbətim olacaq".
 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp