Bu gün Topaz Premyer Liqasında XXIII turun qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Zirə" doğma meydanda "Neftçi"ni 3:0 hesabı ilə məğlub edib.
Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Əsgər Abdullayev məğlubiyyəti belə şərh edib:
– Oyuna pis başlamamşdıq. Üstünlüyümüz var idi. Amma bir göz qırpımında hər şey dəyişdi. Özünüz bilirsiniz, hansı epizodu nəzərdə tuturam.
– Necə hesab edirsiniz, Cavid İmamverdiyevə göstərilən ikinci sarı vərəqə ədalətli idi?
– Hakim qərarlarını müzakirə etmirik. Amma futbolçu cərimə meydançasında yıxılmayıb ki, deyəsən, penalti qazanmaq istəyir. Üstəlik, fikrimcə, həmin epizodda təmas var idi.
– Uzun illər futbol oynamısınız. Sizə elə gəlmədi ki, Fariz Yusifov Cavidin ilk sarı vərəqə aldığını unutmuşdu və bu səbəbdən də yalnız 2-ci rəsmi xəbərdarlığı etdikdən sonra xatırladı ki, yarımmüdafiəçinin passivində "sarı" var idi?
– Bunu dəqiqliyi ilə söyləyə bilmərəm. Ancaq fakt budu ki, məhz həmin epizoddan sonra komandamız "sındı". Fasilədən sonra rəqibi əks-hücumlarda yaxalayaraq, fərqlənməyə çalışsaq da, buna nail olmadıq.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp