Bu gün Topaz Premyer Liqasında XXIII turun qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, AZAL doğma meydanda "Rəvan"ı 1:0 hesabı ilə məğlub edib.
"AZAL Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov qələbəni belə şərh edib:
– Ötən oyun məğlubiyyətdən sonra komandada psixoloji vəziyyət yaxşı deyildi. Hesab böyük olmalı idi, alınmadı. Ən gözəl oyunlarımızdan biri idi. Çoxsaylı qol vəziyyəti əldə etdik. 
– Bu mövsüm yenə "Azal Arena"da məğlub olmadınız. Niyə səfərdə də belə yaxşı oynamır sınız? 
– İrəlidə çox oyunlarımız var. Yəqin ki səfərədə də qələbələrimiz olacaq. Hamı evdə yaxşı çıxış edir, eləcə də biz. 
Çoxsaylı şansların qaçırılması sizi narahat edir? 
– Əvvəlki iki oyunda qol vəziyəti yaratmadıq. Sevindirici haldı ki, artıq çox şans yaratdıq. Çalışıb, gələcəkdə bunu da həll edəcəyik.
Əldə etdiyimiz məlumata görə, Rüfət Musayevin atası Gənclər və İdman nazirliyinə şikayət edib. O, oğluna klub tərəfindən yetərincə qayğı olmadığını bildirib…
– Xeyir, elə deyil. Bilmirəm, bu söhbətlərin haradan yaranıb. Biz onun Bakıdakı bütün müalicə  xərclərini ödəmişik. Hazırda futbolçu Moskvada müalicədədi. Ona ümumilikdə 10 min manat yardım edilib. Bunun 4 minini AZAL, qalanlarını "Qarabağ", "Qəbələ", həmçinin, Rəşad Sadıqov və MirHüseyn Seyidov da yardım edib. Bakıya gələndə də bütün xərcləri ödəniləcək. Onun yol xərcləri də klub tərəfindən veriləcək
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp