Bu gün Topaz Premyer Liqasında XXIII turun qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, "İnter" doğma meydanda "Qarabağ"ı qəbul edir.
Hazırda "İnter Arena"da keçirilən matçda maraqlı hadisə baş verib. Qonaq komandanın kapitanı Rəşad Sadıqov 4-cü hakimi Ramil Diniyevə geyimi ilə bağlı etiraz edib. Belə ki, təcrübəli futbolçu komanda yoldaşları kimi qara geyimdə olan referidən kurtkasını dəyişməsini istəyib. Sadıqov bildirib ki, belə olanda hakimi komanda yoldaşları ilə səhv salır. Diniyev isə bu irada cavab olaraq, göy kurtka geyib.
Shares: