Bu gün Topaz Premyer Liqasında XXIII turun qarşılaşmaları keçirilib. Futbolinfo.az xəbər verir ki, "İnter" doğma meydanda "Qarabağ"la 1:1 bərabərə qalıb.
"İnter Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Zaur Svanadze heç-heçəni belə şərh edib:
– Oyun çox çətin alındı. Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə geriyə çəkildik. Rəqibin ehtiyat oyunçular skamyası daha genişdi. Oyundan razıyam. Futbolçular istədiyim oyunu sərgilədilər.
– Oyunun 70-ci dəqiqəsi olsa, yenə əvəzetmələri tez edərdiz?
– Bizim bir neçə oyunçumuz zədəlidi. Xizanaşvili, Kasradzenin zədəsi var. Seyidovun da zədəsi var idi.
Shares: