Qəbələ səfərindən qolsuz heç-heçə ilə qayıdan “Xəzər Lənkəran” istirahət etmyəcək. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" oyunun ardından Lənkəran istiqamətində yola düşüb. 
Komanda doğma şəhərdə fevralın 28-də oyunsonrası bərpa məşqinə çıxacaq. Ayın son günündə (29-fevral) daha bir gün hazırlaşacaq futbolçular martın ilk günündə isə “Fırtınalar meydanı”nda oyunöncəsi son məşqini keçirəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran”  ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində martın 2-də “Neftçi”ni qəbul edəcək.
(12cioyuncu.info)
Shares: