Hələ Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən “Zirə” – “Neftçi”oyunun gedişində qarşılaşmanın baş hakimi Fariz Yusifovun idarəetmədə buraxdığı nöqsanlar barədə xəbər vermişdik. Maraqlıdı ki, ədalət təmsilçisi oyun başa çatdıqdan sonra da qüsura yol verib.
PFL-in saytında “Zirə” – “Neftçi” qarşılaşmasında ilk qolun 24-cü dəqiqədə vurulduğu qeyd olunub. Halbuki tərəflər fasiləyə qolsuz bərabərliklə yollanmışdılar. Nelson Bonilla qonaqların qapısından ilk topu keçirərkən, matçın 68-ci dəqiqəsi gedirdi. Məsələyə tam aydınlıq gətirmək üçün PFL-in mətbuat xidmətiylə əlaqə saxlayaraq, səhvə referinin, yoxsa onların yol verdiyini dəqiqləşdirdik. Yenidən protokolu qaldıran PFL əməkdaşları baş hakimin ilk qolun 24-cü dəqiqədə vurulduğunu qeyd etdiyini bildirdilər.
Oyunun protokolunu doldurarkən kobud səhvlə yadda qalan təcürbəli hakim böyük ehtimalla buna görə cəzalandırılacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp