İki gün əvvəl Topaz Premyer Liqasının 23-cü turunda “Zirə”yə (0:3) məğlub olan “Neftçi”  dünəndən çalışmalarına start verib. Futbolinfo.az xəbər verir ki, martın 2-də ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununa çıxacaq bakılılar bu gündən həmin qarşılaşmanın məşqlərinə başlayıb. 
Sabah saat 11:00-da Bakıda növbəti məşqinə çıxacaq “ağ-qaralar” 13:30 Lənkərana yola düşəcək. Komandada yeganə zədəli isə Məqsəd İsayevdi.
Qeyd edək ki, sözügedən oyun martın 2-i, saat 14:00-da “Xəzər Lənkəran” mərkəzi stadionunda baş tutacaq.
Shares: