İki gün əvvəl Topaz Premyer Liqasının 23-cü turunda evdə “Xəzər Lənkəran”la (0:0) bərabərə qalan “Qəbələ” dünəndən çalışmalarına start verib. Futbolinfo.az xəbər verir ki, martın 2-də ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununda "Zirə" ilə qarşılaşacaq əyalət təmsilçi bu gündən həmin qarşılaşmanın məşqlərinə başlayıb.
“Qırmızı-qaralar” sözügedən matçda iştirak etmək üçün sabah günorta saatlarında Bakıda olacaq. Zədəlilərdən Aleksey Antonov və Dodo artıq komanda ilə birlikdə məşqlərdə iştirak edir.
Qeyd edək ki, sözügedən oyun martın 2-i, saat 18:00-da Zirə Olimpiya Kompleksinin stadionunda baş tutacaq.