Maliyyə feyr-pleyi qaydalarına əməl etmədiyinə görə UEFA-dan cəza gözləyən “Qalatasaray” daha bir problemlə üz-üzədir. Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumu İstanbul klubuna ikinci cəzanı da verə bilər.
Buna səbəb “sarı-qırmızılılar”ın azarkeşləridi. Avropa Liqasında “Latsio” ilə keçirilən səfər matçı öncəsi Romada UEFA-nın qaydalarına əks hərəkətlər edən fanatlar klubu çətin vəziyyətə salıblar. Buna görə də İstanbul təmsilçisi “azarkeşsiz oynama cəzası” ilə üzləşə bilər.