İki gün əvvəl Topaz Premyer Liqasının 23-cü turunda evdə “Qarabağ”la 1:1 bərabərə qalan “İnter”  dünəndən çalışmalarına start verib. Futbolinfo.az xəbər verir ki, martın 2-də ölkə kubokunun ¼ final mərhələsinin ilk matçında səfərdə “Rəvan”la qarşılaşacaq "bankirlər" bu gündən həmin görüşün məşqlərinə başlayıb. 
“Bankirlər”in heyətində zədəli olan futbolçulardan sıraya qayıdan yoxdu. Belə ki, Zurab Xizanişvili fərdi məşqlərlə kifayətlənirsə, Laşa Kasradze və Rauf Əliyev isə ümumiyyətlə, çalışmalarda iştirak etmir.
Qeyd edək ki, sözügedən oyun martın 2-i, saat 19:00-da “Bayıl Arena”da baş tutacaq.
Shares: