İki gün əvvəl Topaz Premyer Liqasının 23-cü turunda evdə “İnter”lə (1:1) bərabərə qalan “Qarabağ” dünən bərpa məşqinə çıxıb. Futbolinfo.az xəbər verir ki, martın 2-də ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununda evdə "Sumqayıt"la qarşılaşacaq ağdamlılar bu gün istirahət edir.
Xeyli müddətdi zədəli olan Reynaldonu nəzərə almasaq, “atlılar” sözügedən matça itkisiz hazırlaşır. Komanda məşqlərini sabahdan bərpa edəcək.
Qeyd edək ki, sözügedən oyun martın 2-i, saat 17:00-da “Azərsun Arena”da baş tutacaq.