Topaz Premyer Liqasının 23-cü turunda evdə “Neftçi”ni 3:0 hesabı ilə məğlub edən “Zirə” çalışmalara ara vermədən başlayıb. Futbolinfo.az xəbər verir ki, martın 2-də ölkə kubokunun ¼ final mərhələsinin doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək “qartallar” dünən bərpa məşqinə çıxıb.
Qəsəbə təmsilçisinin heyətində zədəli olan futbolçulardan sıraya qayıdan yoxdu. Belə ki, Dieqo Qusmao, Elvin Məmmədov və Yovan Krneta hələ sağalmayıb.
Qeyd edək ki, sözügedən oyun martın 2-i, saat 18:00-da Zirə Olimpiya Kompleksinin stadionunda baş tutacaq.