Topaz Premyer Liqasının 23-cü turu bəzi diqqətçəkən məqamlarla yadda qalib. Futbolinfo.az xəbər verir ki, öz meydanında “Neftçi”ni böyükhesablı məğlubiyyətə uğradan “Zirə” bu mənada ilkə imza atıb. 
Elitanın debütantı ölkə çempionatlarında ilk böyükhesablı qələbəsini qazanıb. Əvəzində rəqibindən 3 top buraxan qonaqlar isə ilk milli çempionatdan bəri 8-ci dəfə bu cür halla qarşılaşıb. 
"Ağ-qaralar"ın 1992-ci ildə Sumqayıt “Xəzər”indən aldığı böyükhesablı məğlubiyyəti saymasaq, komanda ilk dəfədi ki, debütantla matçda darmadağına məruz qalır. 
Maraqlıdı ki, paytxat təmsilçisi 2 il öncə də məhz fevralın 28-də evdə “Qarabağ”la matçda “kötəklənmişdi”. 
Ümumiyyətlə, bakılılar 4-cü dəfə 0:3 hesabı ilə məğlub oldu. “Zirə” “Neftçi”ni ən fərqli hesabla məğlub edən 6-cı komanda kimi tarixə düşüb. Aşağıdakı siyahıda sizə “ağ-qaralar”ın ölkə çempionatlarındakı bütün böyükhesablı məğlubiyyətlərinin siyahısını təqdim edirik: 
03.07.1992 “Xəzər” (Sumqayıt) – “Neftçi” – 3:0
20.10.2007 “Bakı” – “Neftçi” – 5:1
13.05.2011 “Qarabağ”– “Neftçi” – 3:0
11.03.2012 “Qəbələ” – “Neftçi” – 4:1
31.08.2013 “Bakı” – “Neftçi” – 3:0
28.02.2014 “Neftçi” – “Qarabağ” – 1:4
08.05.2015 “İnter” – “Neftçi” – 4:0
28.02.2016 “Zirə” – “Neftçi” – 3:0
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp