“Neftçi”nin 2 futbolçusu – Mirabdulla Abbasov və Orxan Qurbanlı Latviyanın “Dauqavpils” klubuna icarəyə verilib. Futbolinfo.az xəbər verir ki, müqaviləyə görə hər iki oyunçu 2016-cı il iyun ayının 15-dək Dauqavpils təmsilçisinin formasını geyinəcəklər.
Qeyd edək ki, heyətində 4 ukraynalı futbolçu olan “Dauqavpils”ın əsası yerli oyunçulardan qurulub. Onlardan biri – Daniles Yakovlevs qış transfer dövründə İtaliyanın “Peruca” klubu tərəfindən transfer edilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp