Türkiyə PTT 1-ci Liqasında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, 21 yaşlılardan ibarət Azərbaycan millisinin üzvü Timur Təməltaşın şərəfini qoruduğu “Altınordu” da növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda doğma meydanda "Karabükspor"la üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən Timur isə 68-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, “Altınordu” 32 xalla 9-cu pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp