Bu saatlarda Boulevard Hoteldə Klublar Komitəsinin (KK) növbəti iclası keçirilir. Futbolinfo.az xəbər verir ki, artıq toplantının iştirakçıları da bəllidi. 
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, iclasda AZAL-ın vitse-prezidenti, komitənin sədri Fikrət Hüseynov, "İnter"in prezidenti Rəşad Qasımov, "Zirə"nin prezidenti Vüqar Astanov, "Sumqayıt"ın prezidenti Kamran Quliyev, "Xəzər Lənkəran"ın menecer Elvin İsmixanov, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov, "Qarabağ"ın baş meneceri Asif Əsgərov, "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, "Neftçi"nin icraçı-direktorunun müavini Mübariz Xudiyev, "Rəvan"ın vitse-prezidenti İlqar Axundov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın hüquqşünası Rəmiş Malıyev iştirak edir. 
Qeyd edək ki, əvvəlki iclaslarda "Neftçi"ni icraçı direktor Elnur Məmmədov, "Xəzər Lənkəran"ı isə vitse-prezident Tuyqun Nadirov təmsil edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp