Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Təbriz Həsənovun yetirmələri Ukraynanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.
Bakı Olimpya Stadionunda baş tutacaq görüş saat 16:00-da start götürüb. Bundan öncə rusiyalı həmyaşıdları ilə qarşılaşan millimiz bu oyunların birində uduzmuş (1:5), digərində isə minimal hesablı qələbəyə sevinmişdi. Seçməmizin bu dəfə də üzü gülməyib və meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
 
Qeyd edək ki, "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Ömər Paşayev, Vaqif Musayev, Knyaz Əmiraslanov və Emin Nağıbəyovdan ibarət hakimlər briqadası idarə edib.
Yoldaşlıq oyunu
1 mart
Azərbaycan U-17 – Ukrayna U-17 0:2 
QOL: Oleksiy Kaşşuk, 57, 77
Baş hakim: Ömər Paşayev.
Bakı Olimpya Stadionu
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp