Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 23-cü turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.   
“Kəpəz” – “Sumqayıt” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AZAL – “Rəvan” matçının 51-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Qvanzav Maqomedov ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
“Zirə” – “Neftçi” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cərimə kəsilib. Həmin oyunun 43-cü dəqiqəsində qonaq komandanın futbolçusu Cavid İmamverdiyev ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Matçın 1-ci hissəsi başa çatdıqdan sonra “Neftçi”nin məşqçisi Dimitri Kramarenko qaydaları pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyunluq cəzalanıb,  klub 1000 manat məbləğində cərimələnib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp