Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının 1-ci divizionunun 15-ci turun oyunları ilə bağlı cəzalar açıqlanıb.  
 
“Şəmkir” – “Şahdağ” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Həmin oyunun 90+3-cü dəqiqəsində “Şahdağ”ın futbolçusu Vüsal Səfərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib. Görüş başa çatdıqdan sonra “Şəmkir”in baş məşqçisi Kamran Əlibabayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, kluba 500 manat cərimə kəsilib.
MOİK – “Bakı” matçının 18-ci dəqiqəsində qonaq komandanın futbolçusu Elxan Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
“Şərurspor” – “Göyəzən” matçının 75-ci dəqiqəsində qonaq komandanın futbolçusu Cəlal Cəlalzadə ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp