Bu gün Klublar Komitəsinin (KK) növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, "Boulevard Hotel"də baş tutan toplantıdan sonra AZAL-ın vitse-prezidenti, həmçinin KK-nın sədri Fikrət Hüseynov əməkdaşımızın da suallarını cavablandırarkən, ölkə kubokunun final matçı ilə bağlı da danışıb.
o bildirib ki, Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək.Hüseynov bugünkü iclasda qəbul olunmuş qərarın İcraiyyə Komitəsinin gündəliyinə salınacağını bildirib. KK sədri bu məqsədlə "Kəpəz"in stadionunun mayadək təmir ediləcəyini də sözlərinə əlavə edib.Təmir başa çatanadək isə komandaya ev oyunlarını başqa stadionda keçirməsi tövsiyə olunacaq.  
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp