Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, toplantıda uşaq liqaları və futzal yarışları ilə bağlı cəzalar da açıqlanıb. 
(22 fevral 2016-cı il) Bakcell U-17 Liqasının “Neftçi” İK İB – “Vətən” matçının 17-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Azər Əlizadə və qonaqların futbolçusu Marat Əzizov bir-birilərini vurduqlarına görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığları üçün hər iki futbolçu 4 oyunluq cəzalanıb.
(25 fevral 2016-cı il) U-16 Liqasının “Qəbələ” – “Zirə” matçının 45-ci dəqiqəsində qonaq komandanın futbolçusu Elşən Veysov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb. Həmin oyunun 66-cı dəqiqəsində yenə qonaqların futbolçusu Əbdül Ağaməmmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.
(19 fevral 2016-cı il) futzal üzrə Azərbaycan  birinciliyinin II dəstəsinin “Laçın” FK – “Hyundai”  matçının 12-ci dəqiqəsində  ev sahibi komandanın baş məşqçisi Elvin Əhmədov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp