Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, toplantıda uşaq liqaları ilə bağlı cəzalar da açıqlanıb. Hər həftə olduğu kimi bu dəfə də sözügedən yarışlarla bağlı texniki məğlubiyyət qərarları verilib. Bu toplantıda 3 klub  belə cəzaya məruz qalıb.   
(27 fevral 2016-ci il) U-14 Liqasının “Xəzər Lənkəran” (Lənkəran) – “Dalğa”(Lənkəran) matçında qonaq komandanın heyətində yetər sayın olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
(20 fevral 2016-cı il) U-11 Liqasının “Sumqayıt” (Sumqayıt) – “Həkəri” (Qubadlı) matçında qonaq komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
(20 fevral 2016-cı il) U-11 Liqasının “Zirvə” (Xırdalan) – “Gənclik-95” (Sumqayıt) matçında ev sahibi komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp