Topaz Premyer Liqasının XXIII turunda “Sumqayıt”la Gəncədəki görüşdən sonra “Kəpəz” Bakıya qayıdıb. Futbolinfo.az xəbər verir ki, oyunun səhəri bərpaedici məşqlə kifayətlənən komanda bir günlük istirahətə buraxılıb və bu gün “sarı-göylər” paytaxtda məşqləri bərpa edəcək.
Gəncə təmsilçisi çempionatın XXIV turunda qarşılaşacağı “Rəvan”la oyunun hazırlığını həftə ərzində Bakıda keçirəcək. Komandanın bu günə təyin olunan məşqi saat 16:00-da başlayacaq.
Qeyd edək ki, “Rəvan” – “Kəpəz” matçı “Bayıl Arena”da martın 6-da saat 16:00-da start götürəcək.  
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp