“Qalatasaray” baş məşqçisi Mustafa Dənizli ilə rəsmən yolları ayırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klub saytından məlumat yayılıb.
Mənbədə bildirilir ki, bir neçə gün öncə istefa vermək istədiyini açıqlayan 66 yaşlı mütəxəssislə bu gündən etibarən yollar ayrılıb. Dənizlinin tərk etdiyi post isə  müvəqqəti olaraq, aşağı yaş qruplarından ibarət komandanın baş məşçqisi Orhan Atikə tapşırılıb.
Qeyd edək ki, Dənizli ötən ilin noyabrından İstanbul təmsilçisinə baş məşqçilik edirdi. Onun rəhbərlik etdiyi komandanın həm ölkə çempionatındakı inamsız çıxışı, həm də avrokuboklardan uzaqlaşması klubda və azarkeşlər arasında narazılıqla qarşılanmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp