AZAL-da maaş həsrəti bitir. Futbolinfo.az xəbər verir ki, “təyyarəçilər” 3 aydı ala bilmədikləri məvacibin bir hissəini əldə ediblər.
Klubdan verilən məlumata  görə, ötən tur “Rəvan”la matçdan öncə oyunçulara dekabrın məvacibi ödənilib. Yanvarın maaşı bu həftənin sonuna, fevralınkı isə martın 15-ə kimi ödəniləcək. 
Qeyd edək ki, cari mövsümün əvvəlində maliyyə problemləri yaşayan AZAL-da ilk dəfədi ki, maaşlar bu qədər gecikir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp