Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.      
 
Adıçəkilən komanda öz meydanında "Paderborn"la üz-üzə gəlib. Görüş qonaqların 0:0 hesablı bərabərliklə başa çatıb. Nazarovun adı isə matçın iştirak ərizəsində yer almayıb.
 
Qeyd edək ki, "Karlsrue" 31 xalla 10-cu yerdə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp