"Kəpəz"in kapitanı Tural Axundov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Zirə"yə qalib gəldikləri oyundan (2:1) sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
"Birinci hissə bizim üçün çətib oldu. Uşaqlarda yorğunluq var idi. Biz elə birinci hissədə istədiyiz qolları vura bilərdik. Sağ olsunlar ki, uşaqlar fasilədən sonra toparlandılar, lazım olan qolları vurduq. "Neftçi" ilə oyunda da penatini mən vurmuşdum. Şahin müəllim sağ olsun ki, bu oyunda da penaltini mənə həvalə etdi". (CBC)
Shares: