AZAL-ın kapitanı Rail Məlikov ötən gün "Qəbələ" üzərində 2:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir: 
– Bu oyunda bizə ən böyük motivasiya kanalların birində iki mütəxəssisin şərhi oldu. Onlar dedilər ki, "Qəbələ" AZAL-ı da udmayıb, kimi udacaq. Bizə yuxarıdan aşağı baxdılar. Onlara təşəkkür edirik ki, bizə motivasiya verdilər. Biz də çıxıb, sübut etdik ki, kim nədi. Onlardan da xahiş edirəm ki, sözlərini geri götürsünlər. Başda məşqçilər, rəhbərlik olmaqla, hamıya təşəkkür edirəm, bütün uşaqlarla fəxr edirəm. 0:1 hesabı ilə geridə olsaq da, inanırdıq ki, bu oyunda qələbə qazanacağıq. 
– Səncə, AZAL-a qarşı niyə belə fikir var? 500 manat maaşa oynayırsız…
– Burada 500-ə, 600-ə oynayan uşaqlar var. Elə mən də. Bu, önəm kəsb etmir. Həmişə pula görə oynamışıq, bir az da futbolu sevib oynayırıq. Ola bilər, bu, bir az pis təsir edir. Bu komandadakılar yüksək maaşa layiq oyunçulardı. Biz futbolu sevib, dar günündə komanda ilə birgəyik. Ümid edirəm, növbəti mövsüm tam başqa AZAL olacaq. Ola bilər, onların gözləri götürmür. Az büdcə ilə çox söz deyirik, ona görə… 
– Bir az zəif oynadınız. Bəs fasilədə nə dəyişdi ki, ikinci hissədə güclü təsir bağışladınız? 
– Birinci hissə zəif oynamadıq. İlk 15 dəqiqə yaxşı təsir bağışladıq, sonra oyunumuzu diqtə edə bilmədik. 
– Bəlkə, "Qəbələ" arxayınlaşdı, ona görə belə oldu?
– Xeyr, deyə bilmərəm. Çünki birinci hissədən sonra oyunumuzu diqtə etməyə başladıq. Ona görə belə alındı. "Qəbələ" də güclü klubdu, amma biz də heç kimdən geri qalmırıq. 
ELMAR VƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp