“Valensiya” baş məşqiçisi Hari Nevillə yollarını ayırıb. Futbolinfo.az  xəbər verir ki, buna səbəb komandanın uğursuz nəticələridi.
 
Klubun rəsmi saytında yayılan məlumata görə, ingiltərəli çalışdırıcı ilə mövsümün sonunadək olan müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Komanda mövsümün sonuna kimi Pako Ayestarana tapşırılıb.
 
Qeyd edək ki, 41 yaşlı mütəxəssis keçən ilin dekabrında “yarasalar”ın baş məşqiçi postuna gətirilmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp