“Qarabağ” Azərbaycan çempionatları tarixində 1000-ci qoluna imza atıb. Futbolinfo.az xəbər verir ki, 1992-ci ildən keçirilən milli çempionatların daimi iştirakçısı olan Ağdam təmsilçisi yubiley qolunu Topaz Premyer Liqasının XXVII turunun “Rəvan”la oyununda vurub.
 
Bu topun müəllifi makedoniyalı yarımmüdafiəçi Murem Muaremdi. 2 il əvvəl 900-cü qolun müəllifi kimi tarixə düşən 28 yaşlı legioner iki əlamətdar qolu 703 gün intervalla vurub.
 
“Rəvan”ı 5:1 hesabı ilə məğlub edən “Qarabağ” 1000-ə oyundakı 2-ci qolla çatmaqla kifayətlənməyib, bu göstəricidə 1003-ə qədər irəliləyib. Ağdam təmsilçisi ölkə çempionatlarında “Neftçi”dən sonra 1000-i keçən 2-ci komandadı. “Qarabağ” mininci qolu 684-cü oyununda vurub. 
 
Bu matçların 21-də texniki nəticə qeydə alınıb. Texniki nəticə və ləğv olunan matçlar nəzərə alınmamaqla, 1003 dəfə fərqlənən “Qarabağ” ilk qolunu 1992-ci ildə vurub. Mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə görüşdə hesabı açan Mehman Alışanov nəinki klubun, ümumiyyətlə ölkə çempionatlarının ilk qoluna imza atıb (apasport.az).
 
“Qarabağ”ın çempionatdakı tarixi qolları
 
N
Oyunçu
Rəqib
Yer
Dəq.
Mövsüm
Tarix
1
Mehman Alışanov
İnşaatçı(Sabirabad)
e
4
1992
03.05.1992
100
Səttar Əliyev
Xəzər (Sumqayıt)
e
68
1993/94
30.09.1993
200
Müşfiq Hüseynov
Kür-Nur (Mingəçevir)
e
1995/96
01.10.1995
300
Bəxtiyar Musayev
Neftçi (Bakı)
e
64
1997/98
22.11.1997
400
Elmir Xankişiyev
Şəfa (Bakı)
s
13
1999/2000
03.04.2000
500
Eldəniz Məmmədov
Şahdağ-Samur (Qusar)
s
89
2003/04
13.09.2003
600
Vasif Haqverdiyev
MOİK (Bakı)
e
14
2005/06
29.04.2006
700
Rəşad Sadiqov
Qəbələ (Qəbələ)
s
78
2009/10
06.12.2009
800
Rəşad Sadıqov
Sumqayıt (Sumqayıt)
s
21
2012/13
19.08.2012
900
Muarem Muarem
Neftçi (Bakı)
e
51
2013/14
27.04.2014
1000
Muarem Muarem
Rəvan (Bakı)
e
53
2015/16
30.03.2016
 
Qeyd edək ki, 1995/96 mövsümündə vurulan qolların dəqiqələri protokollarda göstərilməyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp