İspaniya La Liqasının 31-ci turunda əzəli rəqibi “Real”a qarşı oynayacaq “Barselona” heyətində ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, katalonların müdafiəçisi Jeremi Matye zədələnib.
 
Fransa və Rusiya (4:2) komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq matçında dizindən xəsarət alan futbolçu əvəzlənmək məcburiyyətində qalıb. Onun 8 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilib. 32 yaşlı fransız oyunçunun Avro-2016-da iştirakı da sual altındadı.
 
Qeyd edək ki, "El-Klasiko" adlanan qarşılaşma aprelin 2-də keçiriləcək.
 

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp