Topaz Premyer Liqasında üçüncü dövrə başa çatıb. Futbolinfo.az xəbər verir ki, 2016-cı ilin arxada qalan hissəsinə təsadüf edən 9 turda “Qarabağ” hamıdan üstün olub.
22 xal toplayan Ağdam təmsilçisi dövrənin qalibidir. Qurban Qurbanovun yetirmələri 18 xal topladığı ikinci dövrədə də hamını arxada qoymuşdu. Mövsümün ilk 9 turunun ən yaxşısı isə “Qarabağ”ı top fərqində üstələyən “Qəbələ” idi – 20 xal. İkinci dəfə dövrənin ən yaxşısı olan ağdamlılar 22 xal toplamaqla 9 tur üçün mövsümün rekord göstəricisinə imza atıb. Əyalət klubu dövrədə hamıdan çox qol vurub və ən az top buraxıb. “Zirə” dövrəni heç-heçəsiz, “Rəvan”la “Xəzər Lənkəran” qələbəsiz bitirib.
1. |
Qarabağ |
7 |
1 |
1 |
19 – 5 |
22 |
2. |
Zirə |
7 |
0 |
2 |
17 – 9 |
21 |
3. |
Kəpəz |
6 |
1 |
2 |
16 – 6 |
19 |
4. |
İnter |
4 |
2 |
3 |
8 – 6 |
14 |
5. |
AZAL |
4 |
2 |
3 |
8 – 10 |
14 |
6. |
Qəbələ |
4 |
1 |
4 |
8 – 10 |
13 |
7. |
Neftçi |
3 |
2 |
4 |
8 – 12 |
11 |
8. |
Sumqayıt |
3 |
1 |
5 |
6 – 9 |
10 |
9. |
Xəzər Lənkəran |
0 |
2 |
7 |
1 – 12 |
2 |
10. |
Rəvan |
0 |
2 |
7 |
6 – 18 |
-4 |