Topaz Premyer Liqasının 27-ci turunda "Xəzər Lənkəran" səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra "Xəzər Lənkəran"ın hücumçusu Tural Qürbətov fikirlərini bildirib.
 
O, komandanın son dəqiqələrdə qol buraxmasından, yaxşı oynayıb qələbə qazana bilməmələrindən danışıb: "Hamı gördü ki, yaxşı oyun sərgilədik. Qismətdə yoxdu, qol vura bilmirik. Həmişəki kimi real epizodlarda topu çölə vururuq. Bəxtimiz gətirmir. Hakim də son dəqiqlərdə 100 faizlik penaltini vermədi. Hakimin bir neçə səhvi oldu ki, bu da birbaşa oyunun nəticəsinə təsir etdi. Artıq neçənci oyundur ki, məğlub oluruq. Nə ediriksə alınmır. Sanki komandada kiminsə ahı qalıb və buna görə qalib gələ bilmirik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp