“Neftçi” Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyasına son qoyub. Futbolinfo.az xəbər verir ki, son 5 matçda qalib gəlməyən paytaxt klubu 27-ci turun “İnter”lə görüşündə 1:0 hesabına sevinib.
Sonuncu dəfə fevralın 13-də “Xəzər Lənkəran”la görüşdə 3 xal qazanan “ağ-qaralar” həmin 1:0 hesablı qələbədən sonra 4 dəfə uduzub, 1 dəfə heç-heçə edib. 47 gündən sonra qalib gələn “Neftçi” cari mövsüm üzləşdiyi 6 matçlıq seriyanın təkrarlanmasına imkan verməyib. Belə ki, Azərbaycanın ən titullu klubu 5-10-cu turlarda ardıcıl 6 görüşdə qələbə qazanmamışdı. Həmin müddətdə 3 heç-heçə edib, eyni sayda uduzan bakılıların antirekordu isə mövsümün əvvəlində rəsmiləşib. Ötən çempionatın son 7 oyununda qələbəyə həsrət qalan “Neftçi” cari mövsümün ilk 2 turunda bu seriyanı 9-a çatdırmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp