Dünən Topaz Premyer Liqasının 27-ci turunda səfərdə “Sumqayıt”a məğlub olan (0:2) “Xəzər Lənkəran” bu gün yenidən bir araya gəlib. Futbolinfo.az xəbər verir ki, cənublular bərpa məşqinə çıxacaq. 
“Ağ-yaşıllar” növbəti turda qaşılaşacaqları “Qarabağ”la görüşün hazırlıqlarına sabahdan başlayacaq. Komanda ağdamlılarla matça itkisiz hazırlaşacaq. Heyətdə olan bütün futbolçular baş məşqçi Elbrus Məmmədovun sərəncamındadı.
Qeyd edək ki, sözügedən qarşılaşma aprelin 3-də, “Xəzər Lənkəran” mərkəzi stadionunda keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp