“Barselona”nın qapıçısı Mark-Andre ter Şteqen karyerasını İngiltərədə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, qolkiper “Mançester Siti”nin maraq dairəsinə düşüb.
“Şəhərlilər” 23 yaşlı qapıçı üçün 25 milyon avronu gözdən çıxarmaqa hazırdırlar. Katalonların bu təklifə müsbət yanaşacağı gözlənilir.
Qeyd edək ki, almaniyalı qapıçı daha əvvəl oyun təcrübəsinin az olmasına görə narazılığını bildirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp