Bununla yanaşı, digər ənənəmiz – turun qəhrəmanı və antiqəhrəmanını da müəyyənləşdirmişik.
Qapıçı: Tadas Simaitis (“Kəpəz”)
Müdafiəçilər: Aylton Silva (“Neftçi”) – Bədavi Hüseynov (“Qarabağ”, 2) – Rail Məlikov (AZAL, 2) – Tural Axundov (“Kəpəz”, 3)
Yarımmüdafiəçilər: Tural Rzayev (“Kəpəz”) – Miçel Madeyra (“Qarabağ”, 2) – Budaq Nəsirov (“Kəpəz”) – Dani Kintana (“Qarabağ”, 3) – Murad Səttarlı (AZAL, 2)
Hücumçu: Reynaldo Sliva (“Qarabağ”)
Turun qəhrəmanı – Budaq Nəsirov (“Kəpəz”).
Gəncə təmsilçisinin yarımmüdafiəçisi “6 xallıq oyunda” özünü ən yaxşı tərəfdən göstərməyi bacardı. “Zirə”nin müdafiə xəttini daim gərginlikdə saxlayan Nəsirov ilk qolun vurulmasında da fərdi keyfiyyətlərini qabarıq şəkildə ortaya qoydu. Məhz onun iki rəqibdən məharətlə sıyrılaraq, cərimə meydançasına daxil olması nəticəsində “Zirə”nin qapısına penalti təyin olundu.
Turun antiqəhrəmanı – Nodar Məmmədov (“Xəzər Lənkəran”).
Nurnir cədvəli baxımından “Sumqayıt”la prinsipial qarşılaşma Nodar Məmmədov üçün ikiqat əhəmiyyətli idi. Ancaq qışda “Sumqayıt”ı Lənkəran düşərgəsinə dəyişən müdafiəçi deyəsən, bunu unutmuşdu. Hər halda, “Xəzər Lənkəran”ın qapısına ilk yol tapan elə öz müdafiəçisi – Nodar Məmmədov oldu. Məmmədov cənubluların qapısından keçən 2-ci qolda da statist rolunda çıxış etdi. Bundan artıq “Sumqayıt”a nə qulluq etməli idi?
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp