Məşhur futbol agenti Dmitri Selyuk Rusiya yığmasının sabiq hücumçusu Dmitri Sıçovun Azərbaycan klublarından birinə keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Bu gün üçün Azərbaycan çempionatında maliyyə vəziyyəti elə də yaxşı deyil. Sadəcə, "Qarabağ", "Zirə" və "Qəbələ" bu baxımdan fərqləndirilə bilər. Fikrimcə, Sıçov Azərbaycan çempionatı fonunda oynaya bilər. Təcrübəsi kifayət qədərdir. Amma fiziki hazırlığı… Bu məsələni də yoluna qoymaq olar.
Arşavinə baxın. O, Qazaxıstana getdi. Mənə elə gəlir ki, Andrey hətta AÇ-yə gedəcək heyətə düşməyə də iddialıdır. Təbii ki, formasını bərpa etsə, oynamaq şansı qazansa. İnanmıram ki, Sıçov Azərbaycana getməklə pul qazanmaq haqda düşünsün.
Bakı gözəl şəhərdir. Orada yaşamaq da xoşdur. Bütün klublar yaxşı şəraitdə çalışırlar. Sıçov iki aylıq gedirsə, düz edir. Görünür, onu heyətində görmək istəyən klub avrokuboklara vəsiqə uğrunda mübarizə aparır və mövsümün qalan dövrü üçün müqavilə bağlamaq istəyirlər. Azad agent olduğunu nəzərə alsaq, bu əməkdaşlıqda heç bir problem olmayacaq. Böyük risk deyil – iki aya 10 min dollar. Sıçova indiki halda yerli klublara keçməkdənsə, Bakıya getmək yaxşıdır. Yaxşı şəhərdir, havası gözəldir".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp