Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən "İnter" – "Neftçi" qarşılaşmasında zədə səbəbindən meydanı tərk edən meydan sahiblərinin kapitanı Nizami Hacıyevin durumuna aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bu gün həkim müayinəsindən sonra məlum olub ki, yarımmüdafiəçinin əzələsində 10-12 santimetr dartılma var. 
Əvvəlki zədəsini yeniləyən Hacıyev xüsusi terapiya prosedurundan keçmək məqsədilə bu gün Gürcüstana yola düşüb. Onun təqribən iki həftə meydanlardan uzaq düşəcəyi güman olunur.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp