Rusiya yığmasının sabiq hücumçusu Dmitri Bulıkin karyerasını başa vurub. Futbolinfo.az xəbər verir ki, o, bu barədə fikirlərini açıqlayarkən Azərbaycandan da dəvət aldığını bəyan edib:
"Mənə Qazaxıstandan, Azərbaycandan, ərəb ölkələrindən, həmçinin aşağı divizion klublarından təkliflər var idi. Amma karyeramı evdən uzaqda başa vurmaq istəmədim".
Qeyd edək ki, 31 yaşlı hücumçu vaxtilə Moskva "Dinamo"sunda, Hollandiyanın "Tvente" və "Ayaks" klublarından, Almaniyanın "Bayer" klubunda çıxış edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp